Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən Laçın və Kəlbəcər rayonlarında qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahələrində son günlər ərzində 74 ədəd mina zərərsizləşdirilib.
“Laçın və Kəlbəcər rayonları ərazisindəki dəqiqləşdirilmiş mövqelərdə qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahələrindən son on gün ərzində 72 ədəd 2019-cu ildə Ermənistanda istehsal olunan PMN-E növlü piyada əleyhinə və 2 ədəd tank əleyhinə mina çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib”, - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Ümumilikdə mühəndis-istehkam bölmələri tərəfindən işğaldan azad edilmiş ərazilərdə bu günədək 26455 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. 7558 ədəd piyada əleyhinə, 2342 ədəd tank əleyhinə mina və 9944 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.*
E.Şəfiyev