Azərbaycan Ali Məhkəməsində Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin tərkibində olmuş 4 şəxsin barəsində olan kassasiya şikayəti üzrə məhkəmə prosesləri keçirilib.
Məhkəmədən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, həmin şəxslər 2021-ci ilin noyabr ayında 6 il müddətinə azadlıqdan məhrum edilib.
Ali Məhkəmədə onlar barəsində kassasiya şikayətinə baxılıb. Həmin şəxslərə verilən cəzalar azaldılıb və barələrində 1 il 8 ay 25 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
“4 nəfərin cəza müddəti başa çatdığından onlar azadlığa buraxılıb”, - deyə məlumatda bildirilir.
Azərbaycan KİV-nin yaydığı məlumata görə, Bakı humanizm prinsiplərini rəhbər tutaraq sentyabrın 8-də 5 erməni hərbçini Ermənistana qaytaracaq.*
B.Rüstəmbəyov