Azərbaycanda koronavirus infeksiyasına 396 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 816,985 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 502 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər (ötən gün 7 nəfər) vəfat edib.
Ölənlərin ümumi sayı 9843 nəfərə çatıb.
Virusa yoluxmuş 804,115 min nəfər (sutka ərzində +553) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 3027 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3772 (ötən gün 4343 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 184,639 min test aparılıb.*
X.Nəsirzadə