Azərbaycan sentyabrın 8-də 5 erməni hərbçini İrəvana təhvil verib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib ki, erməni hərbçilər Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə 31 avqust 2022-ci il tarixdə Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə aparılmış müzakirələrin nəticəsində əldə edilmiş ikitərəfli razılaşmaya əsasən qarşı tərəfə təhvil verilib.
“Azərbaycan bu addımı ilə humanizm prinsiplərinə sadiq olduğunu bir daha nümayiş etdirib”, - deyə məlumatda bildirilir.
Erməni hərbçilərin təhvil verilməsi prosesi Azərbaycan-Ermənistan dövlət sərhədində baş tutub.*
R.Əhmədov