RF-nin Leninqrad vilayətinin sahibkarları Azərbaycan bazarına yönəliblər, oktyabrda «BakuBuild» sərgisində iştirak edəcəklər.
“İnterfaks-Azərbaycan”a RF-nin Azərbaycandakı Ticarət Nümayəndəliyindən məlumat verilib ki, sentyabrın 8-də Leninqrad vilayətinin biznes nümayəndələri ilə videokonfrans keçirilib.
Leninqrad vilayətinin İxraca Dəstək Mərkəzi ilə birgə təşkil olunan tədbirdə RF-nin Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Miursayapov, İDM-nin rəhbəri Yulya Serqeyeva. Həmçinin Leninqrad vilayətinin müəssisələrinin nümayndələri - “Respiratorniy Kompleks”, “Attika-Logistika”, “Promtorq”, “Polifas-Eksport”QHT”, “Zavod vısotnıx konstruktsıy”, “Qlass Sistem”, “LesEkspo”, “Vozrojdeniye” İB “Qornoye upravleniye İdarəetmə şirkəti”, “TopVud”.
“Müzakirələr 2022-ci ilin fevralında Azərbaycana əyani işgüzar missiyanın yekunlarına, azərbaycanlı tərəfdaşlarla qarşılıqlı əlaqə hallarının təhlilinə və danışıqların intensivləşdirilməsi üçün həll yollarının axtarışına həsr olunub. Ticarət Nümayəndəliyi yaxın zamanda şirkətlərlə birlikdə əvvəllər Azərbaycana göndərilmiş bütün təkliflər üzrə məsləhətləşmələr aparacaq”, - TN-dən qeyd ediblər.
Serqeyeva məlumat verib ki, Leninqrad vilayətinin İxraca Dəstək Mərkəzi 19-21 oktyabr tarixlərində 27-ci «BakuBuild» Beynəlxalq sərgidə regional biznes nümayəndələrinin iştirakını təşkil edir. **
R.Əhmədov