“Azərsu” ASC Neftçala rayonunun Kür çayı boyu yerləşən kəndlərinin su təminatının yaxşılaşdırılması işlərinə 13 milyon manatdan artıq vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” www.tender.gov.az saytına istinadən məlumat verir ki, Protean Construction ASC ilə müvafiq müqavilə imzalanıb.
Müqavilənin dəyəri – 13 milyon 100 min 161.21 manatdır. **
N.Abbasova