"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı regionun bütün ölkələri üçün yeni imkanlar yaradacaq, onlardan istifadə etmək vacibdir. Bu barədə Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev bəyan edib.
“Regionda yeni reallıqlar nəqliyyat kommunikasiyaların inkişafı, yeni nəqliyyat yollarının açılması, ticarət əlaqələrinin möhkəmlənməsi üçün yeni imkanlar yaradır. Bu mənada region ölkələrinin “Şimal-Cənub” nəqliyyat dəhlizi marşrutlarının genişlənməsi üçün yeni imkanlardan istifadə etmələri son dərəcə vacibdir”, -
Mustafayev cünə günü Bakıda keçirilən "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafına dair Azərbaycan-Rusiya-İran formatında ilk üçtərəfli görüşdə bildirib.
Azərbaycanın baş nazirinin müavini tərəflər arasında əldə olunan razılaşmalar keçiriləcək işləri sürətləndirəcək, həmçinin tranzit potensialını gücləndirəcək, tranzit daşımalarının həcmini artıracaq.
Həmçinin, Mustafayev qeyd edib ki, Şərgi Zəngəzurda və Qarabağda nəqliyyat infrastrukturunun bərpası və tikintisi üzrə intensiv işlər aparılır. Goradiz-Ağbənd avtomobil yolunun (uzunluğu 124 km) tikintisi 59%, Goradiz-Ağbənd dəmir yolunun (uzunluğu 11- km) tikintisi 38%, Bərdə-Ağdam dəmir yolunun (uzunluğu 58 km) tikintisi 58% tamamlanıb. Ümumilikdə, bu ərazidə 1543 km uzunluğunda yolların tikinti-bərpa işləri həyata keçirilir. **
B.Rüstəmbəyov, X.Nəsirzadə