Cümə günü Bakıda "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin (BND) inkişafı üzrə ilk üçtərəfli görüşün yekunlarına dair Bəyannamə imzalanıb.
“İntrefaks-Azərbaycan”ın müxbiri məlumat verib ki, Bəyannaməni Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev, Rusiyanın baş nazirinin müavini Aleksandr Novak və İranın yollar və şəhərsalma naziri Rüstəm Qasemi imzalayıblar.
“İnterfaks-Azərbaycan” agentliyinə məlum olub ki, görüşün yekunlarına dair tərəflər bir ay ərzində "Rəşt-Astara" dəmir yolu layihəsi (İran ərazisində) üzrə saziş layihəsini hazırlamaq və 2022-ci ilin sonunadək danışıqlara başlamağa dair razılığa gəliblər.
Bəyannaməyə əsasən,o cümlədən, tərəflər dəhlizdən tam potensialı ilə istifadə etmək məqsədilə əməkdaşlığa hazır olduqlarını bəyan ediblər və 2030-cu ilə qədər hər üç ölkənin əraziləri ilə 30 milyon ton yüün tranziti və daşınması hədəflərini nəzərə alıblar.
Həmçinin, tərəflər tranzit prosedurlarının sadələşdirilməsi məsələləri ilə məşğul olacaq Birgə İşçi Qrupunun yaradılmasına dair razılığa gəliblər. İşçi qrupunun bir ay ərzində ilk iclası keçiriləcək. **
B.Rüstəmbəyov