Şuşa şəhərində ASAN Mərkəzin inşası 2023-cü ildə sona çatacaq. Bu barədə “İnterfaks-Azərbaycan”a Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
“Yəgin ki, tikinti prosesi gələn il tamamlanacaq və Mərkəz də 2023-cü ildə fəaliyyətə başlayacaq. Məlumdur ki, işaldan azad edilmiş digər ərazilərdə də infrastruktur tədbirləri reallaşdırılır. Həmin ərazilərdə gələcəkdə ASAN mərkəzlərinin tikintisi həyata keçirilə bilər”, - Agentlikdən qeyd olunub. **
X.Nəsirzadə