İndiyədək Sahibkarlığın İnkişafı Fondu (SİF) sənaye məhsullarının istehsalı və email sahəsində layihələrə 720,1 milyon manat məbləğində güzəştli kredit ayırıb. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
“İnterfaks-Azərbaycan” agentliyi məlumat verir ki, Cabbarov Facebook səhifəsində vurğulayıb ki, SİF xətti ilə sənaye məhsullarının istehsalı və emalına xidmət edən 2557 layihə maliyyələşdirilib.
SİF 3 il müddətinə 5 min manatdan 50 min manatadək, 5 il müddətinə 50 min manatdan 1 milyon manatadək və 10 il müddətinə 1 milyon manatdan 10 milyon manatadək kredit verir. Kreditlər illik 5%-lə verilir. **
B.Rüstəmbəyov