Azərbaycan RF-nin Novosibirsk vilayətindən ördək ətinin idxalına başlayıb.
“İnterfaks-Azərbaycan” agentliyi “Rosselxoznadzor”un regional idarəsinə istinadən məlumat verir ki, sentyabrda 4,9 ton çəkidə ilk partiya yük alanın ünvanına daxil olub.
Tədarük idxalçı ölkənin səlahiyyətli orqanı ilə razılaşdırılmış baytarlıq sertifikatının müşayiəti ilə avtomobil yolu ilə həyata keçirilib.
Ördək ətinin ilk ixrac partiyası “Rosselxoznadzor”un regional idarəsinin mütəxəssislərinin nəzarəti altında Novosibirsk quşçuluq müəssisələrinin birində hazırlanıb.
“Məhsul zəruri keyfiyyət və təhlükəsizlik üzrə laboratoriya nəzarətindən keçirilib və Avrasiya İqtisadi Birliyinin baytarlıq-sanitar tələblərinə uyğundur və Azərbaycanın baytarlıq tələblərinə cavab verir”, - idarədən qeyd edilib. **
B.Rüstəmbəyov