Aqrar Krdeit və İnkişaf Agentliyi (AKİA) fermerlərin dövlət dəstəyinin mövcud mexanizmi üzrə vəziyyətin təhlili, strateji hədəflərin və səmərəliliyin artırılması istiqamətlərinin müəyyən edilməsi üçün məsləhətçi seçib.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az saytına istinadən məlumat verib ki, «Seft Consulting» MMC ilə müvafiq müqavilə bağlanıb.
Müqavilənin dəyəri – 96,76 min manatdır. **
B.Rüstəmbəyov