Azərbaycan Müdafiə Nazirliyi şənbə günü səhər məlumat verib ki, cümə günü Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədində Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.
“Ötən sutka ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub”, - məlumatda deyilir.
Bildirilir ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən “adekvat cavab tədbirləri görülüb”. **
R.Kərimov