Sinqapur aviaşirkəti “Singapore Airlines” məlumat verib ki, Paris-Sinqapur reysini yerinə yetirən təyyarəsinin şənbə günü səhər saatlarıda Bakıda planlaşdırılmayan enişinə mühərriklərin birində yağ sızması səbəb olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi “The Straits Times” nəşrinə istinadən məlumat verir.
“Şirkətin nümayəndəsi məlumat verib ki, mühərriklərin birində yağ sızması aşkar edilib”, - nəşr qeyd edir.
“Pilotlar vəziyyəti qiymətləndirəndən sonra marşrutdan kənara çıxaraq, ehtiyat tədbiri olaraq Bakıda eniş etmək qərarına gəliblər”, - “Singapore Airlines”ın nümayəndəsi məlumat verib.
Qeyd olunur ki, təyyarənin göyürtəsində 229 sərnişin və 18 ekipaj üzvü olub, insident nəticəsində xəsarət alan yoxdur.
Cümə günü səhər saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən məlumat verilib ki, Singapore Airlines aviaşirkətinin Paris-Sinqapur reysinin kapitanı Bakıya təcili eniş sorğusu göndərib. Nəticədə, təyyarə yerli vaxtı ilə saat 06:26-da Bakı hava limanına eniş edib. **
R.Kərimov