Şənbə günü Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib ki, “TurAz Qartalı-2022” təlimində iştirak edən aviasiya vasitələri Türkiyəyə qayıdıb.
“TurAz Qartalı-2022” birgə taktiki-uçuş təlimində iştirak edən qardaş ölkənin Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri Türkiyəyə qayıdıb”, - məlumatda deyilir.
Sentyabrın 9-da MN-dən məlumat verilib ki, Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə sentyabrın 5-dən ölkəmizdə keçirilən “TurAz Qartalı-2022” birgə taktiki-uçuş təlimi başa çatıb.
Qeyd olunub ki, təlimdə “şərti düşmənin hava və yer hədəfinin məhv edilməsi, kiçik və orta hündürlükdə çətin pilotaj və döyüş manevrləri, eləcə də müxtəlif epizodlar üzrə digər tapşırıqlar icra olunub”. **
R.Kərimov