Azərbaycanda koronavirus infeksiyasına 274 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 817 min 596-ya çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 337 yoluxma faktı qeydə alınmışdı. Beləliklə, gündəlik yoluxma hallarının sayı təxminən 18,7% azalıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər (ötən gün 6 nəfər) vəfat edib. Beləliklə, son sutka ərzində COVID-19-dan ölənlərin sayı 2 dəfə azalıb.
Ölənlərin ümumi sayı 9 min 852 nəfərə çatıb.
Virusa yoluxmuş 805 min 170 nəfər (sutka ərzində +613) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 2 min 574 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 252 (ötən gün 3 min 159 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 191 min 50 test aparılıb.**
R.Kərimov