Bazar günü Azərbaycan Müdafiə Nazirliyi məlumat verib ki, "Komando başlanğıc kursu"nu bitirənlərə sertifikatlar və beretlər təqdim olunub.
“Kursu bitirən hərbi qulluqçulara sertifikat və beretlər təqdim olunub, şəxsi heyət təntənəli marşla tribuna önündən keçib”, - məlumatda deyilir.
Komando – 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanda islahatlar çərçivəsində yaradılan xüsusi bölmələrdir. **
R.Kərimov