Yunanıstanın baş naziri Kiriakos Mitsotakis bazar günü bəyan edib ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşə açıqdır, lakin onu buna “məcbur” etməyəcək. Bu barədə “Ktimerini” nəşri yazıb.
O qeyd edib ki, Praqa bu cür görüş üçün potensial yer ola bilərdi.
Mitsotakis Salonnikdə keçirilən mətbuat konfransında bəyan edib ki, "Yunanıstan ilə Türkiyə arasında dostluq münasibətlərinin yaranmasını və bu münasibətlərin təkcə keçmişə deyil, həm də gələcəyə istiqamətlənməsini" istərdi.
Şənbə günü Türkiyə Sahil Mühafizə Xidmətinin komandanlığından məlumat verilib ki, Yunanıstan Sahil Mühafizəsinin bölmələri tərəfindən “Ro-Ro” tipli «Anatolian» gəmisinə atəş açılıb. Məlumata əsasən, insident Türkiyə sahilindən 11 mil cənubda, gəmi Komor adaları bayrağı altında beynəlxalq sularda hərəkət edərkən baş verib.
Türkiyə Sahil Mühafizə Xidmətindən dəqiqləşdirilib ki, 18 nəfər gəmi heyətində 5-i Azərbaycan, 6-sı Misir, 4-ü Somalı, 3-ü isə Türkiyə vətəndaşı olub. İnsident nəticəsində xəsarət alan yoxdur.
Türkiyə tərəfi məlumat verib ki, araşdırma aparılır. **