Azərbaycanda koronavirus infeksiyasına 266 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 817 min 862-yə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 274 yoluxma faktı qeydə alınmışdı. Beləliklə, gündəlik yoluxma hallarının sayı təxminən 2,9% azalıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər (ötən gün 3 nəfər) vəfat edib. Beləliklə, son sutka ərzində COVID-19-dan ölənlərin sayı üçdə bir azalıb.
Ölənlərin ümumi sayı 9 min 854 nəfərə çatıb.
Virusa yoluxmuş 805 min 629 nəfər (sutka ərzində +459) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 2 min 379 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 875 (ötən gün 3 min 252 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 193 min 925 test aparılıb.**
R.Kərimov