Müdafiə Nazirliyi Azərbaycan Ordusunun bölmələri tərəfindən Xocavənd rayonunun Qırmızı Bazar yaşayış məntəqəsi istiqamətində atəşin açılması barədə Ermənistan tərəfinin yaydığı məlumatı təkzib edib.
“Bəzi erməni kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən Xocavənd rayonunun Qırmızı Bazar yaşayış məntəqəsi istiqamətində guya atəşin açılması və nəticədə mülki infrastruktura ziyan dəyməsi barədə yayılan məlumat yalandır, heç bir real əsası yoxdur və həqiqəti əks etdirmir. Bu məlumatı qəti surətdə təkzib edirik”, - deyə məlumatda bildirilir.*
E.Şəfiyev