“MİDA” MMC Binəqədi rayonunda bir sıra işlərin həyata keçirilməsinə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunu cəlb edib.
www.etender.gov.az saytında dərc olunmuş məlumata görə, tərəflər arasında 9 ha torpaq sahəsində mühəndis-geoloji axtarış işləri, mühəndis-geoloji rəyi, şəhərsalma əsaslandırılması, məhəllənin memarlıq həlli (yaşayış binaları, maket və albom), sosial obyektlər, ətraf mühitin təsirinin qiymətləndirilməsi, mühəndisi qurğular (qazanxana, nasosxana, transformator, yarımstansiya, su anbarı), sahədaxili xətlər və müəllif nəzarəti işlərinin satın alınması haqqında 657,942 min manat dəyərində müqavilə bağlanıb.*
X.Nəsirzadə