Azərbaycanda koronavirus infeksiyasına 76 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 817 min 938-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 266 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər (ötən gün 2 nəfər) vəfat edib.
Ölənlərin ümumi sayı 9 min 857 nəfərə çatıb.
Virusa yoluxmuş 805 min 709 nəfər (sutka ərzində +80) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 2 min 372 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 916 (ötən gün 2 min 875 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 195 min 841 test aparılıb.*
B.Rüstəmbəyov