MDB iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası cari ilin oktyabr ayında Bakıda keçiriləcək. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
Sentyabrın 12-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin ölkəmizdə səfərdə olan MDB Müdafiə Nazirləri Şurasının katibi general-mayor Yuri Daşkinlə görüşündə iclasa hazırlıqla bağlı məsələlər müzakirə olunub.
“Tərəflər iclasın keçiriləcəyi yerə baxış keçirməyi qərara alıb və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar”, - deyə məlumatda bildirilir.*