Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabrın 13-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Sentyabrın 13-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.722 manat/1EUR səviyyəsində (sentyabrın 12-nə 1.7139 manat/1EUR) müəyyən edilib.
AMB sentyabrın 13-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0268 manat/1RUB səviyyəsində (sentyabrın 12-nə 0.0278 manat/1RUB) müəyyən edib.
Sentyabrın 13-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.0933 manat/1TRY səviyyəsində müəyyən edib . (12 sentyabr - 0.0932 manat/1TRY). **
X.Nəsirzadə