Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Azərbacan Ordusu ilə gecə baş vermis döyüş nəticəsində Ermənistan Silahlı Qüvvələrinin 50-yə yaxın hərbi qulluqçusu həlak olub.
“İndiyədək Ermənistan Müdafiə Nazilriyi tərəfindən 49 hərbi qulluqçunun həlak olduğu dəqiqləşib. Lakin bu son rəqəmlər deyil, məlumat dəqiqləşdirilməlidir”, - Paşinyan bu gün parlamentdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, hazırda döyüşlərin intensivliyi azalıb, bir-iki istiqamətdə davam edir. **