Moskvada Ermənistan-Azərbaycan sərhədinin müxtəlif ərazilərində vəziyyətin kəskin gərginləşməsi ilə əlaqədar son dərəcə narahatlıq ifadə edirlər, tərəfləri gələcəkdə vəziyyəti gərginləşdirməkdən çəkinməyə çağırırlar. Bu barədə çərşənbə axşamı Rusiya Xarici İşlər Nazirliyində bəyan ediblər.
“Tərəfləri gələcəkdə vəziyyəti gərginləşdirməkdən çəkinməyə, təmkinli olmağa və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarxili üçtərəfli razılıqlarına əsasən atəşkəs rejiminə riayət etməyə çağırırıq”, - RF XİN-in saytında dərc olunan bəyanatda deyilir.
Vurğulanıb ki, Rusiya tərəfi “Bakı və İrəvanla sıx təmasdadır”.
“Ermənistan rəhbərliyinin mövcud ikitərəfli sazişlər və KTMT xətti ilə vəziyyətin nizamlanmasında köməklik etmək xahişi ilə əlaqədar müraciəti daxil olub”, - bəyanatda deyilir.
“Ümid edirik ki, sentyabrın 13-də Rusiyanın vasitəçiliyi ilə Moskva vaxtı ilə 9:00-dan (Bakı vaxtı ilə 10:00) atəşin dayandırılmasına dair əldə olunan razılıq tam həmcdə icra olunacaq”, - XİN-dən vurğulanıb. **