KTMT-nin Katibliyində Ermənistan-Azərbaycan sərhədində gücdən istifadənin qəbuledilməz olduğunu bildiriblər və vəziyyətin həlli üçün təşkilatın mexanizmlərinin tətbiqi barədə bəyan ediblər.
“Ermənistan tərəfinin KTMT-yə Ermənistan Respublikasına yardım etmək barədə müraciətlə əlaqədar təşkilatın Katibliyi və birləşmiş qərargahla birlikdə vəziyyətin həlli mqsədilə KTMT-nin mexanizmlərinin tətbiqi ilə bağlı iş təşkil edilib”, - Katibliyin məlumatında deyilir.
“Gücdən istifadənin qəbuledilməz olduğunu hedsab edirik. Ziddiyyətlərin həlli məqsədilə yalnız Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarında müəyyən edilən siyasi-diplomatik üsullardan və razılaşmalardan istifadə olunmalıdır”, - Katiblikdən bəyan ediblər. **