Sentyabrın 15-də Yunanıstanın ətraf mühit və energetika naziri Kostas Skrekas Azərbaycan qazının Yunanıstana əlavə həcminin nəqli məsələsini müzakirə məqsədilə Bakıya səfər edəcək.
“İnterfaks-Azərbaycan” Yunanıstan mətbuatına istinadən məlumat verir ki, Skrekas Bakıda Azərbaycanın energetika naziri Pərviz Şahbazovla və SOCAR şirkətinin vəzifəli şəxsləri ilə görüşəcək.
Nəşr yazır ki, Afina Rusiya qazının nəqli dayandırılacağı təqdirdə özünü sığortalamaq istəyir və bu səbəbdən digər ölkələrdən qaz tədarükü variantlarını müzakirə edir.
Azərbaycan qazı 31 dekabr 2020-ci il tarixindən etibarən TAP qaz kəməri ilə Yunanıstana nəql olunur. Hazırda Yunanısatn idxal tələbatının 22,1%-ni Azərbaycan qazı hjesabına ödəyir (2021-ci ildə 19,37%). **
E.Şəfiyev