Bankçılıq sahəsində karyera qurmaq istəyən tələbə və məzunlar üçün nəzərdə tutulmuş Yelo Summer Challenge 2022 proqramı uğurla yekunlaşıb. Yelo Bank-ın təşkil etdiyi və2 aya yaxındavam edən proqramınqapanıştədbirində iştirakçılar tövsiyə məktubuvəsertifikatlar ilə təltif olunublar.
Artıq 2-ci ildir keçirilənYelo Summer Challenge proqramıelan edildiyi gündən böyük maraqla qarşılandı. Yüzlərlə müraciətlər arasından müsahibələr vasitəsilə32nəfər seçildi. İştirakçıların maraq vəbiliklərinəəsaslanaraq uyğun departamentlərə yönləndirildi. Proqram müddəti ərzində onlarkorporativmühitdə komandaişiilə tanış olub, yüksək dərəcədə ixtisaslı və təcrübəli kollektivlə birlikdə müxtəlif layihələrdə çalışıblar.
Bank tərəfindən ona verilmiş imkanı ən yaxşı şəkildə dəyərləndirərək işi və yanaşması ilə fərqlənəniştirakçılar gələcəkdəYeloailəsinəqoşula bilər.Qeyd edək ki, Yelo Bank təcrübəsiz, lakin potensiallıgənclərə karyera şansı vermək ənənəsinə sadiqqalaraqmüxtəlifdəstək layihələrinihəyata keçirməyə davam edəcək.
Bank xidmətləri, o cümlədən, o cümlədən ipoteka haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq!