Çərşənbə axşamı Gürcüstanın baş naziri İrakli Qaribaşvili erməni həmkarı Nikol Paşinyanla telefon danışığı zamanı Ermənistanla Azərbaycan arasında vəziyyətin gərginləşməsini müzakirə edib, Gürcüstanın regionda deeskalasiya məqsədilə mediasiya həyata keçirməyə hazır olduğunu bəyan edib. Bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat verir.
“Baş nazir Paşinyan telefon söhbəti əsnasında baş nazir Qaribaşviliyə Ermənistanla Azərbaycan arasında vəziyyətin növbəti dəfə gərginləşməsi barədə məlumat verib. Öz növbəsində, İrakli Qaribaşvili tərəflərin danışıqlar masasına oturacağına və hadisələrin sülh yolu ilə inkşaf edəcəyinə ümidvar olduğunu bildirib”, - mətbuat xidməti məlumat verir.
Bildirilir ki, Qaribaşvili Gürcüstanın “regionda deeskalasiya məqsədilə mediasiya həyata keçirməyə” hazır olduğunu təsdiq edib.
Söhbət Ermənistanım baş nazirin təşəbbüsü ilə baş tutub. **