2022-ci ilin yanvar-iyun aylarında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılmış tədbirlər nəticəsində 99 milyon 910,5 min manat məbləğində artıq və əsassız ödənişlərə yol verilməsi aşkar edilib. Bu barədə nazirliyin məlumatında deyilir.
Birinci yarımillikdə yoxlamalar 52 təşkilatda aparılıb.
Nazirliyin məlumatına görə, həmin məbləğin33 milyon 502,5 min manatın dövlət büdcəsinə nağd qaydada ödənilərək bərpası təmin edilib.
Eyni zamanda, prokurorluq və hüquq mühafizə orqanlarının məktublarına və qərarlarına əsasən35 təşkilatdaaparılmış yoxlamalarla aşkar olunmuş96 milyon 926,7 min manatməbləğində artıq və əsassız ödənişlərin33 milyon 330,1 min manatınıntəqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə ödənilməsi təmin olunub.
Bundan əlavə, həmin nəzarət obyektlərindən 2 təşkilat üzrə aşkar olunmuş2 milyon 811.4 min manatməbləğində nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlama materialları Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilib.
Xidmət tərəfindən 25 nəfər vəzifəlişəxsə16,5 min manatməbləğində cərimələr tətbiq edilibvə həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
2021-ci ildə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılmış tədbirlər nəticəsində 103,6 milyon manat məbləğində artıq və əsassız ödənişlərə yol verilməsi aşkar edilib. **
R.Əhmədov