KTMT-nin Daimi Şurası çərşənbə axşamı keçirilən təcili iclasda Ermənistan-Azərbaycan sərhədində vəziyyətin həlli üçün təşkilatın mexanizmlərinin mümkün tətbiqinə dair təklifləri nəzərdən keçirib. Bu barədə təşkilatın mətbuat katibi Vladimir Zaynetdinov məlumat verib.
“Sentyabrın 13-də Ermənistan tərəfinin təşəbbüsü ilə KTMT-nin Katibliyi və birləşmiş qərargahın rəisi general-polkovnik Anatoli Sidorovun iştirakı ilə təşkilatın Daimi Şurasının təcili iclası keçirilib”, - Zaynetdinov deyib.
“Şura üzvləri meydana gələn vəziyyətlə əlaqədar narahatlıq ifadə ediblər və vəziyyətin həlli mıəqsədilə KTMT-nin mexanizmlərunin mümkün tətbiqinə dair təklifləri nəzərdən keçiriblər”, - mətbuat katibi məlumat verib. **