Çərşənbə axşamı ABŞ Dövlət katibinin Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Riker Bakıya ikigünlük səfərə gəlib, Azərbaycan rəsmiləri ilə “ABŞ-ın davamlı sülhün əldə edilməsinə yönələn Azərbaycan-Ermənistan diplomatik səylərinə dəstəyini” müzakirə edəcək.
"Riker sentyabrın 13-14-də Azərbaycanda səfərdə olacaq. O, ABŞ-ın davamlı sülhün əldə edilməsinə yönələn Azərbaycan-Ermənistan diplomatik səylərinə dəstəyini müzakirə edəcək", - ABŞ-ın Bakıdakı səfirliyi məlumat verir.
Əvvəl Riker Cənubi Qafqaza turne çərçivəsində Gürcüstan və Ermənistanda olub. **
E.Şəfiyev