Sentyabrn 16-da Səmərkənddə keçiriləcək ŞƏT sammiti çərçivəsində RF prezidenti Vladimir Putin ilə azərbaycanlı həmkarı İlham Əliyevin görüşü Ermənistan-Azərbaycan sərhədində vəziyyətin yenidən gərginləşməsi fonunda önəm kəsb edəcək. Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
“Bu gecə baş verənləri nəzərə alaraq Səmərkənddə Putinin Əliyev ilə söhbəti mühüm xarakter daşıyacaq”, - Uşakov Putinin ŞƏT sammitinə səfəri ərəfəsində juranlistlərə bildirib.
Onun sözlərinə görə, prezidentlərin görüşü sentyabrın 16-da baş tutacaq.
Sentyabrın 13-nə keçən gecə Putin ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub. Həmçinin, İrəvan sərhəddə vəziyyətlə bağlı KTMT-yə kömək üçün müraciət edib. **