Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 13-də Ermənistanın sərhəddə törətdiyi təxribatın qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımızın ailələrinə, yaxınlarına başsağlığı verib.
“Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatların qarşısını alan zaman şəhid olmuş hərbi qulluqçularımızın ailələrinə, yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Allah şəhidlərimizə rəhmət eləsin!”, - Əliyev sosial şəbəkə hesablarında paylaşım edib.
Prezident vurğulayıb ki, “Şəhidlərimizin qanı yerdə qalmadı!”.
Xəbər verildiyi kimi, Müdafiə Nazirliyinin məlumatına əsasən, sentyabrın 13-də Ermənistanın törətdiyi təxribat nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 50 hərbi qulluqçusu şəhid olub. **
R.Əhmədov