Ermənistanın təşəbbüsü ilə keçirilən KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar iclasında Azərbaycan-Ermənistan sərhədinin müxtəlif istiqamətlərində vəziyyətin gərginləşməsi ilə bağlı addımlar təklif olunub. Bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat verib.
“Mövcud vəziyyət hərtərəfli öyrənilməsini tələb edir. Operativ qaydada tətbiqi mümkün olan addımlar təklif edilib: onların sırasına, dövlət başçıları üçün ətraflı məruzənin hazırlanması məqsədilə KTMT baş katibinin münaqişə zonasına səfəri və vəziyyətin təhlili və təkliflərin hazırlanması üçün Katiblik üzvlərindən və KTMT birgə qərgahın əməkdaşlarından ibarət işçi qrupunun yaradılması daxildir”, - mətbuat xidmətindən bildiriblər.
Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç iclasda bəyan edib ki, Minsk Ermənistanla Azərbaycan arasında münaqişənin alternativsiz sülh yolu ilə həllinin tərəfdarıdır.
“Bu gün səsləndirilən prinsipial mövqe: ölkəmiz hər zaman Ermənistanla Azərbaycan arasında münaqişənin alternativsiz sülh yolu ilə, yalnız siyasi-diplomatik üsullara əsaslanıb”, - Volfoviç bəyan edib. **