Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan sərhədində vəziyyətin izlənilməsi üçün işçi qrupun yaradılmasını razılaşdırıb. Bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.
“KTMT-nin məsuliyyət zonasında vəziyyətin daimi monitorinqi üçün Katibliyin əməkdaşlarından və Birləşmiş Qərargahın hərbi qulluqçularından ibarət işçi qrupun yaradılması təklifi razılaşdırılıb”, - deyə məlumatda bildirilir.*