Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) və Sinqapurun “Indorama Investments Limited” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
İZİA-dan “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib ki, memoranduma əsasən, Sumqayıt Kimya Sənaye Parkında ammonium nitrat, NPK (azot-N, fosfor-P və kalium-K), DAP (diammonium fosfat) və ammonium sulfat gübrələrinin istehsalı zavodunun yaradılması imkanları araşdırılacaq.
“Indorama Investments Limited” 9 ölkədə (Özbəkistan, Türkiyə, Hindistan, İndoneziya, Braziliya, Malayziya və s.) azot gübrələri, fosfat gübrələri, polietilen, poliester, tekstil, pambıq lifi və tibbi əlcək istehsalı üzrə 20 müəssisəyə malikdir.*
B.Rüstəmbəyov