Müdafiə Nazirliyi Azərbaycan Ordusunun bölmələrinin guya mülki infrastrukturu atəşə tutması barədə Ermənistan tərəfinin yaydığı məlumatı dezinformasiya adlandırıb.
“Erməni mətbuatında Azərbaycan Ordusunun bölmələrinin guya yaşayış evlərini atəşə tutması barədə yayılan məlumatın heç bir real əsası yoxdur. Bu, qarşı tərəfin növbəti təxribat xarakterli dezinformasiyasıdır. Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri mülki infrastrukturu hədəfə almır”, - deyə məlumatda qeyd olunur.
Daha əvvəl Müdafiə Nazirliyi Azərbaycan Ordusu tərəfindən yalnız legitim hərbi hədəf olan atəş nöqtələrinə qarşı lokal cavab tədbirlərinin həyata keçirildiyini bəyan etmişdi.*
E.Şəfiyev