2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanın dövlət büdcəsinin profisiti 2 milyard 32,9 milyon manat və ya ÜDM-in 0,02%-ni təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Maliyyə Nazirliyinin operativ məlumatına görə, hesabat dövründə dövlət büdcəsinin gəlirləri 20 milyard 184,8 milyon manat (2021-ci ilin yanvar-avqust aylarının göstəricisi ilə müqayisədə artım 26,6%), xərcləri 18 milyard 151,9 milyon manat (artım 16,2%) təşkil edib.
8 ay ərzində Azərbaycanda ÜDM-in nominal həcmi 84 milyard 880,4 milyon manat təşkil edib.
2022-ci il dövlət büdcəsinin gəlirləri 29 milyard 197,8 milyon manat, xərcləri 32 milyard 303,8 milyon manat məbləğində təsdiqlənib. Dövlət büdcəsinin kəsiri 3 milyard 106 milyon manat və ya ÜDM-in 2,7%-i səviyyəsində proqnozlaşdırılır.*
X.Nəsirzadə