Ermənistan-Azərbaycan sərhədində gərginlik qalmaqdadır, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyası sərhədə səfərdən sonra dövlət başçılarına vəziyyətlə bağlı hesabat təqdim edəcək. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Birmənalı olaraq gərginlik qalmaqdadır. Bilirsiniz ki, dünən KTMT missiyasının təşkilatın baş katibi Stanislav Zasın başçılığı ilə sərhədə getməsi qərara alınıb. Onlar dövlət başçılarına hesabat təqdim edəcəklər, hesabata baxılacaq”, - deyə Peskov bu gün jurnalistlərə bildirib.*