Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə regional vitse-prezidenti Anna Byerdeni qəbul edib.
“Görüşdə gələcək layihələr və Dünya Bankının Azərbaycan hökumətinə dəstəyi ilə bağlı məsələlər müzakirə olunub”, - deyə dövlət başçısının rəsmi saytında bildirilir.
Tərəflər strateji sahələrdə, o cümlədən enerji, kommunikasiya sahələrində və Qarabağın bərpasında Dünya Bankının iştirakı və tərəfdaşlığın daha da gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.*
E.Şəfiyev