2022-ci ilin yanvar-avqust aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 44 milyard 481,2 milyon manat təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 20% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanda orta illik inflyasiya 13,2% təşkil edib.
Statistik məlumatlara görə, bu dövrdə əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 19,5% - 4 min 423 manatadək artıb.
Yanvar-avqust aylarında bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 39 milyard 629,6 milyon manat qalır ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 20,2% çoxdur.*
X.Nəsirzadə