Roma Papası Fransisk Cənubi Qafqaz regionunda yeni gərginlik ocaqları ilə bağlı narahatlığını ifadə edib və vəziyyətin sülh yolu ilə tənzimlənməsi üçün dindarları dua etməyə çağırıb.
“Narahatlıqla öyrəndim ki, bu saatlarda Qafqaz regionunda yeni gərginlik ocaqları alovlanıb. Dua edək ki, o ərazilərdə də sülh yolu ilə tənzimlənmə və razılaşma nifaqdan üstün olsun”, - deyə o, Nur-Sultanda bildirib.
Qeyd edək ki, sentyabrın 13-də Roma Papası Fransiskin Qazaxıstana səfəri başlayıb. O, Dünya və Ənənəvi Dinlərin Liderlərinin VII Qurultayında iştirak edəcək.*