Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) missiyasının Ermənistan-Azərbaycan sərhədində vəziyyəti qiymətləndirmək üçün İrəvana sentyabrın 15-də gəlməsi gözlənilir.
“Bizim müraciətimiz KTMT-də müəyyən edilmiş qaydada müzakirə edilib. KTMT-nin müşahidə missiyasının göndərilməsi ilə bağlı qərar qəbul edilib. Ümid edirik ki, missiya sabah gələcək”, - deyə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün deputatların suallarını cavablandırarkən bildirib.
Xəbər verildiyi kimi, KTMT Ermənistan-Azərbaycan sərhədində vəziyyəti qiymətləndirmək üçün Ermənistana təşkilatın baş katibi Stanislav Zasın başçılığı ilə missiya göndərir.*