Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sentyabrın 15-16-da Səmərqənddə keçiriləcək sammitində iştirakını ləğv etməyib. Bu barədə ŞƏT-in Özbəkistandan olan milli əlaqələndiricisi Rəhmətulla Nurimbetov məlumat verib.
“Sammitdə iştirakını təsdiqləmiş 15 liderin Səmərqəndə gələcəyi planlaşdırılır. Hələlik heç kim öz qərarını ləğv etməyib”, - deyə Nurimbetov Azərbaycan və Ermənistan liderlərinin sammitdə iştirakı ilə bağlı jurnalistlərin sualını cavablandırarkən bildirib.
Əliyev Səmərqəndə sentyabrın 15-də gələcək.*