Ermənistanın baş naziri Nikol Paşinyan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sentyabrın 15-16-da Səmərqənddə keçiriləcək sammitində iştirak etməyəcək. Bu barədə “İnterfaks”a Ermənistan hökumətindən məlumat verilib.
“Baş nazir Nikol Paşinyan yaranmış vəziyyətlə əlaqədar (Azərbaycanla sərhəddə hərbi əməliyyatlar - İF) ŞƏT-in Özbəkistanda keçiriləcək sammitində iştirak etməyəcək”, - deyə məlumatda bildirilir.*