Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən minlərlə şəxs parlament və hökumət binalarının yaxınlığına toplaşıb.
“İnterfaks”ın müxbiri xəbər verir ki, toplaşanlar Paşinyanın Azərbaycanın bütün tələbləri ilə razılaşdığını bildirirlər.
Onlar Azərbaycanla sərhəddə vəziyyətin gərginləşməsi fonunda Ermənistanda hərbi vəziyyətin tətbiq edilməməsi və səfərbərliyin elan olunmaması ilə bağlı təəccüblərini bildirirlər. Mitinq iştirakçıları Paşinyanın istefasını tələb edirlər.*