Azərbaycan-Ermənistan sərhədində vəziyyət Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin arasında danışıqların əsas mövzusu olacaq. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Azərbaycan-Ermənistan sərhədində yaranmış vəziyyət sabah Prezident Əliyevlə aparılacaq danışıqların gündəliyində duran əsas məsələ olacaq”, - deyə o, jurnalistlərə bildirib.*