2022-ci ilin avqust ayında Azərbaycanda gündəlik 554 min barel xam neft (iyulda 549,9 min barel) hasil olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən məlumat verilib.
“2022-ci ilin avqust ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 641 min barel olub. Bunun 554 min barelini xam neft, 87 min barelini isə kondensat təşkil edib”, - deyə məlumatda bildirilir.
OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin 30-cu iclasında qəbul edilmiş qərar avqustda Azərbaycanda gündəlik xam neft hasilatının 717 min barelə çatdırılmasını nəzərdə tuturdu.
Beləliklə, Azərbaycan avqustda OPEC+ razılaşmasını 129,4% yerinə yetirib.*
N.Abbasova